UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
Bu barədə klubdan bildirilib.
Biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
//milli.az
