
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Zirə”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən matç 1:3 “Sabah”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 83-cü dəqiqəsində “Zirə” Davit Volkov qolu ilə hesabı arasındakı fərqi azaltdı-“Zirə”-“Sabah”-1:3.
xxxx
“Zirə”-“Sabah” oyununda tərəflər fasilyə yollandı. İlk hissədən sonra “Sabah” 0:3 hesabı ilə irəlidədir.
xxxxx
Oyunun 27-ci dəqiqəsində Xəyal Əliyev “Sabah”ın üçüncü topuna imza atdı-“Zirə”-“Sabah”-0:3
xxxx
Oyunun 22-ci dəqiqəsində İvan Lepiniça “Sabah”ın ikinci topuna imza atdı-“Zirə”-“Sabah”-0:2
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edir. “Mavi qartallar” doğma publika önündə bu tur ilk qələbələrini qazanmağa qazanmaq istəyir. “Bayquşlar”da liderliyini qorumaq üçün bu oyuna üç xal üçün çıxıb. Hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşmada artıq oyunun 10-cu dəqiqəsində “Sabah” Velko Simiç qolu ilə hesabı açdı-“Zirə”-“Sabah”-0:1
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Keçən turda 1 xala qane olan hər iki komanda bu turda qələbə qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Köhlən atlar meydana üç xal üçün çıxacaq. “Boz qurd” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq “Sumqayıt” Aleksa Yankoviçin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 33-cü dəqiqəsində Ronaldo Vaskez “Sumqayıt”ın ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:2. İlk hissə “Sumqayıt”ın 0:2 xeyrinə başa çatıb. Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunu nəticəsi oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Günün ikinci qarşlaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Qəbələ”-“İmişli”-0:1.Oyunun 27-ci dəqiqəsində Domi Massumo “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“İmişli”-1:1.Oyunun 45+1-ci dəqiqəsində Domi Massumo dubl edərək özünün və komandasının “Qəbələ”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Qəbələ”-“İmişli”-2:1. İlk hissə “Qəbələ”nin 2:1 üstünlüyü ilə başa çatdı.Oyunun 61-ci dəqiqəsində Dioqo Almeydanın dubl edərək özünün və komandasının ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Qəbələ”-“İmişli-2:2. Oyunun 88-ci dəqiqəsində Domi Massumo hett-trik edərək özünün və komandasının üçüncü topuna imza ataraq komandasını yenidən hesabda öna keçirib. Bu oyunda son qol olub və “Qəbələ” matçdan 3:2 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “Yevlax şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” “Şamaxı”nı qəbul edib. Artıq oyunun 13-cü dəqiqəsində “Şamaxı” Arsen Ağcəbəyovun qolu ilə hesabı açıb-“Kəpəz”-“Şamaxı”-0:1.Oyunun 45+1 dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topuna imza atıb-“Kəpəz”-“Şamaxı”-0:2. İlk hissə “Şamaxı”nın 0:2 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə “Şamaxı” matçdan 0:2 qalib ayrılaraq 2026-cı ildə ilk qələbəsini reallaşdırıb.
