Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı göylər”in görüşünü Elvin Bayramov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov (GK)(C)
17. Tellur Mütəllimov
6. Abdulax Xaybulaev
9. Xəyal Əliyev
20. Coy Lens Mikels
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
70. Cesse Sekidika
7. Umarali Raxmonaliyev
83. Stefen Ende
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
94. Rəvan Mirzəmmədov(GK)
2. Amin Seydiyev
89. Cəfər Muxtarov
21. Velko Simiç
11. Kahim Parris
22. Zinedin Uld Xaled
99. Patrik Mbina
53. Andrey Santos
19. Aron Maluda
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov(GK)
7. Ehtiram Şahverdiyev
5. Rauf Hüseynli
88. Şakir Seyidov
11. Rəhman Hacıyev
6. Camal Cəfərov
29. Dioqo Verdaska (C)
12. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
10. Ryonosuke Ohori
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
99. Əli Səmədov
77. Fərid Nəbiyev
17. Ümid Səmədov
20. Elcan Əbilov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
57. Amur Yusifov
83. Raul İsaqov
24. Olavale Onanuqa
“Kəpəz”in baş məşqçisi:Azər Bağırov
Turun digər görüşlər Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Qırmızı-qaralar”la “köhlən atlar”ın görüşünü İnqilab Məmmədov idarə edəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar”la Muxtar Respublika təmsilçisnin görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Turun sonuncu görüşləri bazar günü keçiriləcək.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisinin görüşünü Əkbər Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şamaxı”nı qəbul edəcək. “Ağ-qaralar”la “Şirlər”in görüşünü Tural Qurbanov idarə edəcək.
