
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Sabah”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən oyun 3:1 “Sabah”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 90+2-ci dəqiqəsində “Sumqayıt” Nsana Simonun qolu ilə hesab arasındakı fərqi azaltdı-“Sabah”-“Sumqayıt”-3:1
xxxx
Oyunun 71-ci dəqiqəsində Velko Simiç “Sabah”ın üçüncü topuna imza atdı-“Sabah”-“Sumqayıt”-3:0
xxxx
Oyunun 49-cu dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atdı-“Sabah”-“Sumqayıt”-2:0
xxxx
“Sabah”-“Sumqayıt” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 1:0 irəlidədir.
xxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna start veriləcək .PFL bu günə bir qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. “Bayquşlar”la “kimyaçılar”ın görüşünü Rəvan Həmzəzadə idarə edir. Artıq oyunun 24-cü dəqiqəsində “Sabah” Kahim Parrisin qolu ilə hesabı açdı-“Sabah”-“Sumqayıt”-1:0
Cümə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Sarı-göylər”lə “köhlən atlar”ın görüşünü Elşad Abdullayev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar”la “Pələnglər”in görüşünü Tural Qurbanov idarə edəcək.
Turun son görüşü Şənbə günü baş tutacaq.
Günün yeganə və turun sonuncu görüşündə “Turan Tovuz” “Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Boz qurd”la “qırmızı-qarlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin.
Turun ilk və günün yeganə qarşılaşmasında “Şamaxı” “Şamaxı şəhər stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Şamaxı”-0:0. Oyunun 56-cı dəqiqəsində “Araz-Naxçıvan” “Şamaxı”nın heyətindən Vladislav Veremeyev avtoqolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Araz-Naxçıvan” matçdan 0:1 qalib ayrıldı.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-0:1. Oyunun 79-cu dəqiqəsində “Zirə” Anatoli Nuriyevin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-0:1. Bu oyunda vurulan yeganə qol olub və “Zirə” matçdan 0:1 qalib ayrılıb.
