
Oktyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Dalğa Arena”da “Qarabağ”ı qəbul edib. “Bayquşlar”la “köhlən atlar”ın görüşünü Rəşad Əhmədov idarə edib. Görüş başladığı hesabla bitib.
“Sabah”-“Qarabağ”-0:0
Qollar: //
Qırmızı vərəqlər: //
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında IX turuna 23 Oktyabrda start verilib. 23 Oktyabrda iki qarşılaşma baş tutub.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda “Qəbələ”ni qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “qırmızı-qaralar”ın görüşünü Əkbər Əhmədov idarə edib. Görüş 1:2 “Qəbələ”nin xeyrinə başa çatıb.
“Araz-Naxçıvan”-“Qəbələ”-1:2
Qollar: 36. Mohamed Mara(1:1) //8. İsmael Akinade(0:1), 48. İsaak Amoah(1:2)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. “Mavi qartallar”la “kimyaçılar”ın görüşünü Tural Qurbanov idarə edib. Görüş 3:2 “Zirə”nin xeyrinə başa çatıb.
“Zirə”-“Sumqayıt”-3:2
Qollar: 8.Ruan Renato(p)(1:0), 21. Rikardo Martins(2:0), 83. David Volkov(3:2) //39. Nihat Əhmədzadə(2:1), 56. Keffel Resende(2:2)
Qırmızı vərəqələr: //
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk oyununda “Şəfa” “SOCAR Polymer Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Bakı təmsilçisi ilə “sarı göylər”in görüşünü Cavid Cəlilov idarə edib. Görüş 1:2 “Kəpəz”in xeyrinə başa çatıb.
“Şəfa”-“Kəpəz”-1:2
Qollar:55. Maudo Jarjue(1:0) // 74. Şakir Seyidov(p)(1:1), 80. Benito(1:2)
Qırmızı vərəqələr: //
Günün ilkinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Turan Tovuz”u qəbul edir. “Ağ-qaralar”la “boz qurd”un görüşünü Əli Əliyev idarə edir. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular.
“Neftçi”-“Turan Tovuz”-1:1
Qollar: 44.Breno Almeyda(1:0) // 73. Aleksa Yankoviç(1:1)
Qırmızı vərəqələr: 30. İqor Ribeyro//
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk oyununda “İmişli” “İmişli şəhər stadionu”nda “Şamaxı”nı qəbul edib. “Pələnglər”lə “şirlər”in görüşünü Rauf Cabarov idarə edib. Görü. 2:1 “İmişli”nin xeyrinə başa çatıb.
“İmişli”-“Şamaxı”-2:1
Qollar: 17. Dioqo Almeyda(1:0), 90+1. Seyxan Fərəcov(p)(2:1) // 65.Abdullahi Şuaybu(1:1)
Qırmızı vərəqələr: //
