• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Uncategorized

Şahin Bağırov David Tevzadze ilə görüşüb

20 Oktyabr, 26 / 22:51
A A
Şahin Bağırov David Tevzadze ilə görüşüb

 

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti David Tevzadze ilə görüşüb. Bu gün Tovuz Olimpiya İdman Kompleksində baş tutan tədbirdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katibi Faiq Orucov, idman şöbəsinin direktoru Şir-Aslan Kərimov, “Turan” voleybol klubunun fəxri prezidenti Fəlah Quliyev, GVF-nin baş katibi Ivane Şeklaşvili, inkişaf koordinatoru Andrey Lefçinko, milli komandanın baş məşqçisi Pata Ulumbulaşvili iştirak ediblər.
Görüşdə federasiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Federasiya rəhbərləri öz ölkələrində voleybolun inkişafı, xüsusilə uşaq voleybolu ilə bağlı görülən işlərdən danışıblar. Onlar “Turan” klubuna Çempionlar Liqasında uğurlar arzulayıblar.
Həmçinin tədbirdə 2024-cü ildə AVF və GVF arasında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarının icrası ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra hər iki federasiya rəhbərliyi Tovuzun “Turan” klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Mladost”la qarşılaşmasını arenada canlı izləyiblər.

Previous Post

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Next Post

“Turan” klubu Çempionlar Liqasına qələbə ilə başladı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.