Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər”lə Muxtar Respublika təmsilçisnin görüşünü İnqilab Məmmədov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes (GK)(C)
80. Həbib İsmayılov
5. Emin Rüstəmov
97. Oruc Məmmədov
10. Edqar Adilxanov
25. Filipe Markes
13. Rikardo Apolinario
9. Tornike Axvlediani
3. Jota
4. Rui Paşeko
52. Abdul Raşid Mumini
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
96. Nicat Qaragözlü(GK)
14. Uğur Cahangirov
2. Fariz Xeyrullayev
7. Emil Süleymanov
77. Okan Təhməzli
88. Hacıəli Şirəliyev
17. Sənan Muradlı
66. Ceyhun Bağırzadə
8. Teşaqer Dequ
19. Abdullahi Şuaybu
“Şamaxı”nın baş məşqçisi:Azər Bağırov
“Araz-Naxçıvan”ın start heyəti:
99. Tərlan Əhmədli(GK)
7. Rövlan Muradov
26. Ömər Buludov
2. Abdulla Rzayev
9. Ağadadaş Salyanskiy
27. Boyan Letiç
6. Patrik Andrade (C)
11. Mohamed Mara
36. Mamadu Kane
5. Luka Dumançiç
23. Alberto Fernandes
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
1. Artur Auqusto(GK)
14. Ülvi İsgəndərov
29. Ceyhun Nuriyev
13. Qabil Əlizadə
8. Mustafa Əhmədzadə
22. Rəşad Həsənov
21. İbrahim Piriyev
77. Nihat Mehralıyev
12. Bruno Franko
10. Şarl Boli
19. Abdallah Sudi
“Araz-Naxçıvan”ın baş məşqçisi:Zaur İsmayılov
Bu gün bir qarşılaşma baş tutacaq
Günü və turun sonuncu qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Sarı-göylər”lə “kimyaçılar”ın görüşünü Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna Cümə günü start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün açılış matçında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. “Qırmızı-qaralar”la “ağ-qaralar”ın görüşünü Cavid Cəlilov idarə edib. Görüşdə “Neftçi” 3 xalı 3 cavabsız qolla qazanıb.
“Qəbələ”-“Neftçi”-0:3
Qollar: // 25. Breno Almeyda(0:1), 86. Adeleke Akinyemi(0:2), 90+2. Lyubomir Tupta(0:3)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şəfa”nı qəbul edib. “Köhlən atlar”la Bakı təmsilçisinin görüşünü Vüqar Həsənli idarə edib. Görüş 1:0 “Qarabağ”ın xeyrinə başa çatıb.
“Qarabağ”-“Şəfa”-1:0
Qollar: 61. Marko Yankoviç(p)(1:0)//
Qırmızı vərəqlər: //
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. “Boz qurd”la “mavi qartallar”ın görüşünü Rəvan Həmzəzadə idarə edib. Gərgin keçən görüş 1:0 “Turan Tovuz” xeyrinə başa çatıb.
“Turan Tovuz”-“Zirə”-1:0
Qollar: 90+6. Filip Damyanoviç(1:0) //
Qırmızı vərələqlər: //
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edib. “Bayquşlar”la “Pələnglər”in görüşünü Kamal Umudlu idarə edib. Qarşılaşma 3:1 “Sabah”ın xeyrinə başa çatıb.
“Sabah”-“İmişli”-3:1
Qollar: 20. Sadiq Məmmədzadə(AQ) ( 1:0), 35. Umarali Raxmonaliyev(2:0), 90+5. Kahim Parris(3:1) // 90. Ronaldo de Souza (2:1)
Qırmızı vərəqlər: // 90+1. Ronaldo de Souza
