Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Şirlər”lə “Köhlən atlar”ın görüşünü İnqilab Məmmədov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
2. Abdulla Rzayev
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
4. Sezar Enrike
44. David Santos
19. Abdullahi Şuaybu
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
27. Emil Süleymanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
10. Andrey Tirkoveanu
88. Rodriqo Fernandeş
8. Alfons Msanqa
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
30. Abbas Hüseynov
44. Elvin Cəfərquliyev
10. Abdullah Zubir (C)
81. Kevin Medina
20. Kadi Borqes
2. Mateus Silva
9. Joni Montiel
15. Leandro Andrade
35. Pedro Bikalyo
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
1. Şahruddin Məhəmmədəliyev(GK)
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
27. Toral Bayramov
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
8. Marko Yankoviç
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
24. Jeremi Qnali
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
Bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edəcək. “Bayquşlar”la “Mavi qartallar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
Günün üçüncü qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar”la Muxtar Respublika təmsilçisinin görüşünü Əli Əliyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Qırmızı-qaralar”la “pələnglər”in görüşünü Rəşad Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Qeyd etdiyimiz günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna dünən start verilib. Dünən bir qarşılşma baş tutub.
Günün açılış qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqədinsə “Karvan-Yevlax” Rauf Rüstəmlinin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:0. Oyunun 45+1-ci dəqiqəsində Rauf Rüstəmli “Kəpəz”in ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:0. İlk hissə “Karvan-Yevlax”ın 2:0 üstünlüyü ilə bitib. Oyunun 48-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:1. Oyunun 65-ci dəqiqəsində Eltun Turabov “Karvan-Yevlax”-ın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-3:1. Oyunun 90+4-cü dəqisəində Rauf Rüstəmli “xett-rik” edərək özünün üçüncü “Karvan-Yevlax”ın dördündü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-4:1. Bu oyunda son qol olub və “Karvan-Yevlax” matçdan 4:1 qalib ayrılıb.
