Suriyada partlayış baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Şam şəhərində baş verib.
Partlayış bir kafedə baş verib. Hadisə nəticəsində 9 nəfər həlak olub. Partlayış 20 nəfərin yaralanmasına səbəb olub. Məlumata görə, partlayış əldəqayırma partlayıcı qurğu ilə törədilib. Hadisədən sonra paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
//Nəzər.Media
