• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Siyasət

Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib

06 Oktyabr, 26 / 22:47
A A
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Rusiyanın enerji şirkəti “LUKOIL”un təsisçisi Vahid Ələkbərov oktyabrın 6-da Daşkənddə keçirilən görüşdə şirkətin Özbəkistandakı cari layihələrini və fəaliyyətinin genişləndirilməsi planlarını müzakirə ediblər.

Nəzər.Media Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vahid Ələkbərov Mirziyoyevə “LUKOIL”un Özbəkistanın enerji sektorundakı layihələrinin, o cümlədən geoloji kəşfiyyat işlərinin, perspektivli karbohidrogen yataqlarının işlənməsinin və şirkətin neft məhsullarının satışı üzrə pərakəndə şəbəkəsinin genişləndirilməsinin cari vəziyyəti barədə məlumat verib.

Bundan əlavə, tərəflər “LUKOIL”un Özbəkistanda fəaliyyətini genişləndirmək planlarını nəzərdən keçirib və şirkətin ölkənin neft-qaz sektorunda gördüyü cari işləri müzakirə ediblər.

“Xüsusi diqqət Özbəkistanda şirkətin layihələrinin cari vəziyyətinə və fəaliyyətinin genişləndirilməsi perspektivlərinə yönəldilib”, – deyə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, “LUKOIL” Özbəkistanda 2004-cü ildən fəaliyyət göstərir və ölkənin neft-qaz sektorunun ən iri xarici investorlarından biridir. Şirkət “Özbəkneftqaz”la tərəfdaşlıq çərçivəsində hasilatın pay bölgüsü sazişləri əsasında “Kandım-Hauzak-Şadı” və “Cənub-Qərbi Hissar” layihələrini həyata keçirir. “LUKOIL”un məlumatına görə, bu layihələr çərçivəsində ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb, şirkətin Özbəkistana investisiyalarının həcmi isə təxminən 8 milyard dollar təşkil edib.

Previous Post

Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - CƏZALANDIRILDI

Next Post

“Real Madrid”in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.