
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç erkən parlament seçkisində məğlub olduqlarını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, tələbələrin dəstəklədiyi siyahı parlamentdə daha çox yer qazanıb.
Vuçiçin sözlərinə görə, tələbələrin siyahısı təxminən 135, onun rəhbərlik etdiyi birlik isə 105 mandat əldə edə bilər. O, müxalifətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Seçkinin yekun nəticələri hələ rəsmən açıqlanmayıb.
//Nəzər.Media
