Serbiyada tələbələr parlament seçkisi ərəfəsində paytaxt Belqradda böyük mitinq keçiriblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, tələbələr hakim partiyanın hakimiyyətinə son qoymağı hədəfləyirlər.
Mitinq Belqradın Slavija meydanında keçirilib. Tələbə etirazları 2024-cü ildə vağzalda baş verən və 16 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra başlayıb. Ölkədə parlament seçkisi oktyabrın 25-də keçiriləcək.
//Nəzər.Media
