• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Mədəniyyət

“Serial bəzi gənclər üçün pis örnəkdi”

14 Avqust, 26 / 16:27
A A
“Serial bəzi gənclər üçün pis örnəkdi”

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb.
Axşam.az xəbər verir ki, aktrisa bu barədə “MAG” layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:
“Bugünkü gənclərin üstün cəhətləri var. Onları həm teatrda, həm də universitetdə görürəm. Gənclər gördükləri işə sevgi ilə yanaşırlar, həqiqətən öyrənmək istəyirlər. Çalışırlar, zəhmət çəkirlər. Bəzən həyat şərtləri onların qarşısını alır, maneələr yaradır. Amma istedadlı gənclərin bir çoxu bunun fərqindədir və öz üzərində işləyir”.
Mehriban Zəki bəzi gənclərin istedadın və xarici görünüşün uğur üçün kifayət etdiyini düşündüyünü deyib:
“Bəzən gənclər düşünürlər ki, istedadlıyamsa, boy-buxunum varsa, yaraşıqlıyamsa, gözəl səsim varsa, deməli, hər şeyim var. Əslində, çox şeyləri var. Amma bunun üzərində çalışmırlarsa, tənbəllik onların zamanını alırsa, müəyyən müddətdən sonra geriləməyə başlayırlar. İstedad təkbaşına kifayət etmir. Çalışqan insan isə həmin istedadı getdikcə inkişaf etdirə bilər”.
Aktrisa gənclərin tez məşhurlaşmaq istəyinə də münasibət bildirib. Onun sözlərinə görə, teatr sənəti səbir və uzunmüddətli zəhmət tələb edir:
“Çox vaxt gənclər tez uğur qazanmaq olmaq istəyirlər. Bu, normaldır. Hər insan gördüyü işin bəhrəsini tez əldə etmək istəyir. Amma bu sənətdə çox tez uğur qazanıb, eyni sürətlə də uğursuzluğa düçar ola bilərsən. Əgər bu işin fəlsəfəsini anlayaraq, düşüncəli şəkildə, dayanmadan çalışırsansa, uğur səndən qaçmayacaq.
Bir çox gənclərimiz tələbəlikdən, hətta birinci kursdan seriallara qaçırlar. Bəzən müəllimlər onların seriallarda çəkilməsini qadağan edirlər. Burada onların da həqiqəti var. Amma bəzi gənclər üçün serial məktəb ola bilər, bəzi gənclər üçün isə çox pis örnək.
Teatrda çalışan gənc heç vaxt sadəcə tirajlanmaya düşmür. Peşəkar aktyor teatrda yetişməlidir, orada böyüməlidir. Bir tamaşanın hazırlanması iki-üç ay davam edə bilər. Sonra tamaşaçı ilə görüşdükcə, beşinci tamaşadan sonra artıq əsər oturuşur. Aktyor hər tamaşada özünü yeniləyir, kəşf edir, özü üçün yeni keyfiyyətlər tapır. Bax, bu, artıq peşəkarlığa doğru gedən yoldur”.

Previous Post

Zülfiyyə Xanbabayeva bağ evindən görüntülər paylaşdı

Next Post

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib-VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.