Son günlərdə ABŞ və Cənubi Koreya arasında gərginlik baş verib. Nəzər.Media “CNN-Türk”ə istinadən xəbər verir ki, buna səbəb Cənubi Koreyalı nazir Çunq Donq-Yonqun açıqlaması olub.
Nazir açıqlamasında Şimali Koreyada bəzi gizli nüvə obyektlərinin olduğunu bildirib. Məsələ Vanqitonda narazılıqla qarşılanıb. ABŞ tərəfi Cənubi Koreyanın kəşfiyyat məlumatlarını ictimaətə ötürülməsindən narazılığını ifadə edib. Bundan sonra ABŞ-dan Cənubi Koreyaya kəşfiyyat məlumatlarının ötürülməsində məhdudiyyətlərin olacağını qeyd olunub.
Cənubi Koreya isə bunu hər hansısa bir kəşfiyyat sirrinin açıqlaması kimi qəbul etmədiyini və regionda əsas problemin Şimali Koreya olduğu açıqlamasını verib.
//Nəzər.Media
