Rusiyanın Sibir bölgəsində Tupolev Tu-22M3 tipli bombardmançı təyyarə qəzaya uğrayıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə İrkutsk şəhəri yaxınlığında təlim uçuşu zamanı baş verib.
Rusiyanın Müdafiə Nazirliyi təyyarədə silah olmadığını açıqlayıb. Ekipajın paraşütlə təyyarədən tullanaraq xilas olduğu bildirilib. Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.
//Nəzər.Media
