“Şimal Axını 2” boru xəttinin operatoru “Nord Stream 2 AG” Avropa İttifaqına qarşı məhkəmə iddiası qaldırıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, şirkət Rus qazının mərhələli şəkildə dayandırılması qərarının ləğvini tələb edir.
İddiada qərarın hüquqa zidd olduğu bildirilib. Həmçinin sənədin ayrı-seçkilik yaratdığı iddia olunub. Aİ isə Rus qazından asılılığı azaltmaq siyasətini davam etdirir.
//Nəzər.Media
