Şimali Koreya xarici ölkələrə işçi göndərərək milyardlarla dollar gəlir əldə edir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu işçilər ağır şəraitdə çalışırlar.
Onların qazancının böyük hissəsinin dövlətə verildiyi bildirilir. İşçilərin uzun saatlar işlədiyi və ciddi nəzarətdə saxlanıldığı qeyd olunur. Bu sistem Şimali Koreyanın xaricdən gəlir əldə etdiyi əsas mənbələrdən biridir.
//Nəzər.Media
