Şimali Koreya yeni döyüş gəmisini istifadəyə verib. Nəzər.Media Türkiyənin “Hürriəyt” qəzetinə istinadən xəbər verir ki, gəminin nüvə silahı daşıya biləcəyi bildirilib.
Ölkə rəhbəri Kim Çen İn gəmini şəxsən yoxlayıb. O, nüvə gücünün artırılmasının vacibliyini vurğulayıb. Yeni gəminin ölkənin hərbi imkanlarını gücləndirəcəyi qeyd olunub.
//Nəzər.Media
