Şirvanda 18 yaşlı gənc bıçaqlanıb.
Nəzər.Media APA-ya istinadən bildirir ki, Şirvan sakini, 2008-ci il təvəllüdlü Əli Əhədov sağ bud nahiyəsinin kəsilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı barədə təfərrüatlar hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
