Aktrisa Sofiya Verqara 54 yaşını qeyd edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Verqara ad gününü İtaliyada keçirib.
Verqara lüks yaxtada çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. Paylaşımlar qısa zamanda izləyicilərin böyük marağına səbəb olub. Aktrisanı həm pərəstişkarları, həm də sənət dostları təbrik ediblər. Sofiya Verqara hazırda istirahətini İtaliya sahillərində davam etdirir.









//Nəzər.Media
