Somali Türkiyənin ölkəyə verdiyi hərbi dəstəyə görə təşəkkür edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Somali müdafiə naziri Əhməd Müəllim Fiqi Türkiyənin hərbi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkənin müdafiə əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Fiqi Türkiyənin Somali ordusunun hazırlanmasında mühüm rol oynadığını bildirib. O, ordunun yenidən qurulmasına və ölkənin təhlükəsizliyinə dəstəyə görə Türkiyəyə təşəkkür edib.
//Nəzər.Media
