Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub. Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb. Bununla ən azı üçüncü yeri təmin edən Onur, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.Onur Quluzadə – Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edəcək idmançılarla (Luis Fegerl-Ladimir Mayorov) qarşılaşacaq.
