Sudanın Misirlə sərhədində yerləşən qızıl mədəninə hava hücumu edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində azı 72 şaxtaçı həlak olub.
Sudanlı hüquq müdafiəçiləri hücumda Misir hərbi qüvvələrini ittiham ediblər. Hadisə ilə bağlı araşdırma aparılır. Rəsmi Qahirə hücumla bağlı hələlik açıqlama verməyib.
//Nəzər.Media
