İraqda yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Süleymaniyədə olub.
Tancro sənaye bölgəsindəki yanacaq anbarında güclü yanğın çıxıb. Yanğında təxminən 30 nəfər yaralanıb. Yanğın 4 saatlıq müdaxilədən sonra tam söndürülüb. Yaralananlar arasında 4 yanğınsöndürən də olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
//Nəzər.Media
