ABŞ-da süni intellekt səbəbindən işini itirənlərin sayı 87 min 714 nəfərə çatıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu göstərici indiyədək qeydə alınmış ən yüksək rəqəm hesab olunur.
Texnologiya sektorunda işdən çıxarmalar da ötən illə müqayisədə kəskin artıb. Eyni zamanda, işini itirənlərin yenidən hazırlanması üçün 1 milyard dollarlıq fond yaradıldığı açıqlanıb.
//Nəzər.Media
