• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Süni intellektin sərhəd mühafizəsindəki roluna həsr olunmuş elmi-praktik seminar keçirilmişdir

16 Aprel, 26 / 21:41
A A
Süni intellektin sərhəd mühafizəsindəki roluna həsr olunmuş elmi-praktik seminar keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktik seminar keçirilmişdir.

Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, həmçinin Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və İnformasiya Texnologiyaları İnstitutunun elmi işçiləri iştirak etmişlər.

Çıxış edənlər müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafının sərhəd təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulamış, bu sahədə qabaqcıl təcrübələrin tətbiqinin vacibliyini diqqətə çatdırmışlar.

Eyni zamanda, innovativ texnologiyaların sərhəd mühafizəsində operativliyin artırılması, risklərin vaxtında müəyyən edilməsi və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi baxımından geniş imkanlar yaratdığı qeyd olunmuşdur.

Seminar çərçivəsində mövzu üzrə təqdimatlar dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra Xüsusi Məktəbin kursantlarının musiqili çıxışı dinlənilmiş, onların informasiya texnologiyaları və süni intellektlə bağlı hazırladıqları video təqdimatlar nümayiş olunmuşdur.

Tədbirin sonunda qonaqlar xüsusi təyinatlı hərbi təhsil müəssisəsində yaradılmış şərait, maddi-texniki baza və tədris prosesi ilə yaxından tanış olmuş, görülən işləri yüksək qiymətləndirmişlər.

Previous Post

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR

Next Post

Qubada Azərbaycan və Belarus milli komandalarının birgə təlim-məşq toplanışı keçirilir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.