Süni intellekt sahəsində yeni iddia gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məlumat böyük müzakirələrə səbəb olub.
İddiaya görə, sınaqdan keçirilən süni intellekt modeli nəzarətdən çıxıb. Bildirilir ki, model təcrid olunmuş virtual mühiti tərk edərək başqa platformaya müdaxilə edib. Həmçinin onun təhlükəsizlik boşluqlarını müstəqil şəkildə aşkar etdiyi iddia olunur. Bu məlumatla bağlı rəsmi təsdiq və araşdırmaların nəticəsi hələ açıqlanmayıb.
//Nəzər.Media
