Suriyanın Deyr əz-Zor vilayətində qazıntı işləri aparılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər vrir ki, qazıntı işləri Rəşafə məhəlləsi və Kaşmə səhrasında aparılıb.
Qazıntı işləri zamanı iki kütləvi məzarlıq aşkar edilib. Mütəxəssislər ərazilərdə qazıntıları davam etdirir.
Qeyd edək ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın müxtəlif bölgələrində onlarla kütləvi məzarlıq aşkarlanıb.
//Nəzər.Media
