Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani İstanbulda ABŞ nümayəndəsi Tomas Barrakla görüşüb. Nəzər.Media Türkiyənin “Hüriyət” qəzetinə istianadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı müzakirə olunub.
Tərəflər bölgədəki son hadisələri də nəzərdən keçiriblər. Həmçinin Suriyanın iqtisadi vəziyyəti və ölkənin bərpası ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi və yenidənqurma işlərinin sürətləndirilməsi də gündəmə gətirilib.
//Nəzər.Media
