• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Tənqid, yoxsa kampaniya? Hər “araşdırma”nın sonu “dostluq”la bitmir

17 Mart, 26 / 17:19
A A
Tənqid, yoxsa kampaniya? Hər “araşdırma”nın sonu “dostluq”la bitmir

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Son dövrlər bəzi saytlarında Gəncənin futbol simvolu olan “Kəpəz” PFK barədə ardıcıl tənqidi yazılar dərc olunur. Tənqid jurnalistikanın ayrılmaz hissəsidir və heç kim bundan narahat olmamalıdır. Lakin məsələ tənqidin sərhədlərini keçib, məqsədli kampaniya xarakteri alanda artıq suallar yaranır.

Bu baxımdan Sportlife.az saytının son yazıları diqqət çəkir. Sayt demək olar ki, mütəmadi olaraq “Kəpəz” haqqında materiallar yayımlayır, lakin bu yazıların böyük hissəsində balanslı mövqe və ya qarşı tərəfin fikri görünmür. Əvəzində isə klub rəhbərliyini sərt şəkildə tənqid edən və bəzən təhqirə varan ifadələr işlədən şəxslərin müsahibələri tirajlanır.

Jurnalistika yalnız ittihamları yaymaqdan ibarət deyil. Media etikası tələb edir ki, səslənən iddialarla bağlı qarşı tərəfin mövqeyi də təqdim edilsin. Əks halda ortaya informasiya deyil, birtərəfli təbliğat çıxır.

Əslində saytın hədəfi təxminən bəllidir. Klubdan müəyyən gözləntilərin olduğu hiss olunur. Sual isə sadədir: “Niyə bizimlə dostluq etmirlər?” Təbii ki, media qurumunun əməkdaşlıq və ya reklam əldə etmək istəyi normaldır. Amma bu proses informasiya təzyiqi ilə müşayiət olunursa, artıq jurnalistika çərçivəsindən çıxaraq etik müstəvidə ciddi suallar doğurur.

“Kəpəz” təkcə bir futbol klubu deyil. Bu ad Gəncənin futbol tarixi, minlərlə azarkeşin emosiyası və bütöv bir şəhərin qürurudur. Klub ətrafında süni gərginlik yaratmaq, birtərəfli ittihamlar tirajlamaq və emosional fon formalaşdırmaq nə futbolun inkişafına xidmət edir, nə də jurnalistikanın nüfuzuna.

Media azadlığı məsuliyyətlə yanaşı gəlir. Əgər məqsəd həqiqətən problemləri göstərməkdirsə, bu zaman obyektivlik, balans və faktlar əsas olmalıdır. Əgər məqsəd başqa şeydirsə, bunu oxucular da gec-tez anlayır.

Çünki azarkeşlər üçün əsas olan sensasiya deyil – həqiqətdir.

Previous Post

“Nar”ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi

Next Post

Nəfəs Zeynəb Xanlarovanın mahnısını oxudu - TƏNQİD OLUNDU - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.