Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının toy tarixində dəyişiklik edilib.
Sənətçi bildirib ki, qız toyu mayın 20-də, kişi məclisi isə mayın 27-də keçiriləcək.
Xatırladaq ki, ifaçı daha əvvəl övladı üçün toy mərasiminin mayın 15-nə planlaşdırıldığını açıqlamışdı. Şahmalı Aytac adlı xanımla ailə qurmağa hazırlaşır. Cütlüyün nişan mərasimi isə ötən ilin noyabr ayında baş tutub.
//milli.az
