Əfqanıstandakı Taliban hökumətinin nümayəndə heyəti ilk dəfə Avropa Birliyinə səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,beş nəfərlik heyət Brüsseldə Aİ rəsmiləri ilə görüş keçirib.
Müzakirələrdə konsulluq xidmətləri və əfqanların geri qayıdışı məsələləri müzakirə olunub.Aİ rəsmiləri görüşün texniki xarakter daşıdığını və Talibanın tanınması anlamına gəlmədiyini bildiriblər. Səfər Talibanın hakimiyyətə qayıdışından sonra Aİ ilə ilk birbaşa təmas kimi qiymətləndirilir.
//Nəzər.Media
