Taylandda yanğın olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Pattaya şəhərində baş verib.
Yanğın zamanı otel yanıb. Hadisə zamanı yüzlərlə turist təxliyə olunub. Yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Alov bir neçə saatdan sonra söndürülüb. Hadisə ilə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
