Taylor Svift süni intellektlə yaradılan saxta məzmunlara qarşı yeni addım atıb. Nəzər.MediaTürkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, səsi və xarici görünüşünü müdafiə etmək üçün ABŞ Patent və Ticarət Ofisində rəsmi olaraq müraiət edib.
Müraciətdə onun səs yazıları və bir görüntüsü də yer alıb.Vəkilləri bu addımın saxta videolara qarşı hüquqi müdafiəni gücləndirəcəyini bildirir. Məqsəd, onun səsinin və imicinin icazəsiz istifadəsinin qarşısını almaqdır.
//Nəzər.Media
