Hollivud ulduzu Tom Kruzun baş rolunu oynadığı “Digger” filmi gözlənilən gəliri gətirməyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, filmin təxminən 245 milyon dollar zərər edəcəyi gözlənilir.
Filmin istehsal və reklam xərcləri 280 milyon dollara çatıb. Ekran əsərinin dünya üzrə gəliri təxminən 35 milyon dollar olub. Zəif nəticələrə görə film Hollivudun ən böyük maliyyə uğursuzluqlarından birinə çevrilə bilər.
//Nəzər.Media
