ABŞ Prezidenti Donald Tramp ordunun sursatının tükəndiyi barədə xəbərləri təkzib edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp İrana qarşı əməliyyat üçün kifayət qədər sursatın olduğunu bildirib.
Tramp ABŞ-da sursat ehtiyatlarının demək olar ki, tükənməz olduğunu deyib.O, yeni sursat istehsalının da sürətlə davam etdiyini vurğulayıb.
Tramp həmçinin Bayden dövründə göndərilən silahların pulunu geri istəyəcəyini açıqlayıb.
//Nəzər.Media
