• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib

22 Sentyabr, 26 / 20:03
A A
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirib.

Tramp əldə olunan irəliləyişi “altı ay ərzində baş vermiş möcüzə” adlandıran Prezident İlham Əliyevin sözlərini sitat gətirib.

“Azərbaycan Prezidenti dedi: “Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu heç kimin mümkün hesab etmədiyi tamamilə möcüzəvi hadisə idi”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında normallaşmanı öz prezidentliyi dövründə, həllinə nail olunmuş münaqişələr sırasında qeyd edib.

O, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərindən sitat gətirib. Trampın sözlərinə görə, Paşinyan əldə olunan irəliləyişin ABŞ Prezidentinin şəxsi iştirakı və onun sülhə qəti sadiqliyi olmadan mümkün olmayacağını bildirib.

Tramp Azərbaycan və Ermənistan arasında normallaşmanı Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, eləcə də Pakistan və Hindistan arasında əldə olunan razılaşmalarla yanaşı qeyd edib.

Trampın sözlərinə görə, münaqişələrin nizamlanması zamanı o, ölkə liderləri ilə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və tariflərin tətbiqi hədəsindən istifadə edib, lakin yanaşma konkret ölkədən asılı olub.

//Nəzər.Media

Previous Post

Avropada üç ölkədə uçuşlar aksayıb

Next Post

“Evimdən 15 min dollarlıq qızıl oğurlandı”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.