ABŞ Prezidenti Donald Tramp husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp husilərin hərəkətlərini qəbuledilməz adlandırıb.
Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandıran Tramp hücumların yaxşı nəticə verməyəcəyini bildirib. O, hücumların ABŞ-da keçiriləcək aralıq seçkilərə təsirini bilmədiyini deyib. Tramp İranın nüvə silahına sahib olmayacağını da vurğulayıb.
//Nəzər.Media
