ABŞ Prezidenti Donald Tramp çətin seçim qarşısındadır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, CNN bununla bağlı geniş təhlil yayıb.
Təhlildə bildirilir ki, Vaşinqtonun İrana qarşı hərbi təzyiqləri gözlənilən nəticəni verməyib. Məlumata görə, Tehran hələ də danışıqlar masasına qayıtmayıb. Bu səbəbdən ABŞ administrasiyası yeni strategiya axtarır. Təhlildə diplomatik yolun ən real seçim olduğu vurğulanır. Hərbi addımların isə daha yüksək siyasi və iqtisadi risk yaratdığı qeyd edilir. Həmçinin Hörmüz boğazında gərginliyin qlobal enerji bazarına təsir etdiyi bildirilir. Ekspertlər boğazın uzun müddət bağlanmasının neft qiymətlərini artıra biləcəyini istisna etmirlər. Təhlildə Avropanın da enerji təminatı baxımından risklə üzləşə biləcəyi qeyd olunur. CNN yazır ki, Trampın İran siyasətinə ictimai dəstək zəifləyib. Bu vəziyyətin ABŞ-də keçiriləcək seçkilərə də təsir göstərə biləcəyi bildirilir. Təhlildə Hörmüz boğazının regional ölkələrin birgə idarəçiliyinə verilməsi ehtimalı da müzakirə olunur. Ekspertlər hesab edirlər ki, belə model gərginliyin azalmasına kömək edə bilər. Bununla yanaşı, yekun razılaşmanın yalnız diplomatik danışıqlar yolu ilə mümkün olacağı vurğulanır.
//Nəzər.Media
