ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparmaq istəmədiklərini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp Hörmüz boğazının açıq olduğunu və tankerlərin neft daşıdığını deyib.
Tramp ABŞ-ın boğaz üzərində nəzarəti olduğunu iddia edib. O, İranın ciddi iqtisadi çətinliklərlə üzləşdiyini də bildirib. Tramp hərbi əməliyyatların başa çatdığını, lakin bununla bağlı əlavə addımların mümkün olduğunu söyləyib.
//Nəzər.Media
