ABŞ prezidenti Donald Tramp İranla bağlı qərar mərhələsində olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp yaxın vaxtlarda böyük hadisələrin baş verəcəyini deyib.
O, İranla bağlı üç variantın nəzərdən keçirildiyini açıqlayıb. Bu variantlara razılaşma və İrana qarşı sərt tədbirlər daxildir. Tramp BMT Baş Assambleyasında İran prezidenti Məsud Pezeşkiyanla görüşə də açıq olduğunu bildirib.
//Nəzər.Media
