ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona yaxınlaşdığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Tramp İranın razılaşma üçün ABŞ-la birbaşa əlaqə saxladığını deyib.
Tramp Tehranın razılaşma istədiyini bildirib. ABŞ prezidentinin sözlərinə görə, İranla danışıqların necə nəticələnəcəyi hələ məlum deyil. Tramp müharibənin bitməsinə ümid etdiyini vurğulayıb.
//Nəzər.Media
