ABŞ Prezidenti Donald Tramp Kubayla bağlı iddia səsləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp Kubanın ağır vəziyyətdə olduğunu bildirib.
ABŞ Prezidenti Donald Trump Kubanın Vaşinqtondan yardım istədiyini bildirib. O, tərəflər arasında danışıqların aparılacağını qeyd edib.
ABŞ lideri yaxın günlərdə Çin səfərinə gedəcəyini də açıqlayıb.Tramp son vaxtlar Kuba ilə bağlı sərt açıqlamaları ilə diqqət çəkir.
//Nəzər.Media
