ABŞ Prezidenti Donald Trampın administrasiyası miqrantları gəmilərlə ölkədən çıxarmaq variantını nəzərdən keçirir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Plana əsasən, miqrantların Mərkəzi və Cənubi Amerika ölkələrinə göndərilməsi nəzərdə tutulur. Bu məqsədlə hərbi təlim gəmilərindən və bərələrdən istifadə oluna bilər. Müzakirələr ilkin mərhələdədir və səfərlərin günlərlə davam edə biləcəyi bildirilir.
//Nəzər.Media
