
ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçki öncəsi Benyamin Netanyahuya dəstəyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Ağ Evdəki bəzi müşavirlər Yaxın Şərq planlarının başqa hökumətlə daha asan həyata keçiriləcəyini düşünürlər.
Tramp seçiciləri Netanyahuya səs verməyə çağırıb. İsrail mətbuatında Netanyahu ilə ordu rəhbərliyi arasında İrana mümkün hücumla bağlı fikir ayrılığı yarandığı bildirilib. Netanyahu isə bu iddiaları təkzib edib.
//Nəzər.Media
