ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Göl ABŞ-ın Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşir.
Tramp ad dəyişikliyini normal qərar kimi qiymətləndirib. Bu addım iki ölkə arasında ticarət gərginliyinin artdığı dövrə təsadüf edib. Kanada yeni ABŞ gömrük rüsumlarına eyni şəkildə cavab verəcəyini açıqlayıb.
//Nəzər.Media
