ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni hücum ehtimalını müzakirə ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı mənbələrə əsaslanan xəbərlər yayıb.
Müzakirələrin hər iki ölkədə keçiriləcək seçkilərdən əvvəl baş tutduğu bildirilir. Netanyahu İranın nüvə proqramı ilə bağlı narahatlığını Trampa çatdırıb. ABŞ və İsrail orduları mümkün hücuma qarşı hazırlıq vəziyyətindədir, lakin Vaşinqton hücum barədə razılıq əldə edildiyi iddiasını təkzib edib.
//Nəzər.Media
