ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya liderlərinin saziş imzalamaq üçün üz-üzə gəlməsinin vacib olmadığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Tramp razılaşmanın başqa üsulla da əldə oluna biləcəyini vurğulayıb.
Onun sözləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşü ilə bağlı müzakirələr fonunda səslənib. Tramp tərəflər arasında razılaşmanın əldə olunmasını istəyir. Danışıqların nəticəsi hələ bəlli deyil.
//Nəzər.Media
