ABŞ Prezidenti Donald Tramp Çinlə böyük ticarət razılaşması əldə etdiklərini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp, yüzlərlə təyyarənin alınmasına dair razılıq olduğunu deyib.
Tramp İranın nüvə proqramı ilə bağlı da sərt mesaj verib. ABŞ lideri Tayvan məsələsində açıq mövqe bildirməyib.Tramp Çin rəhbəri Si Cinpin ilə münasibətlərin yaxşı olduğunu vurğulayıb.
//Nəzər.Media
