Donald Tramp İsraildə ona dəstəyin çox yüksək olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp zarafatla İsraildə baş nazirliyə namizəd ola biləcəyini deyib.
Tramp İsraildə dəstəyinin 99 faiz olduğunu iddia edib. ABŞ-də keçirilən sorğuda isə onun reytinqinin 37 faiz olduğu açıqlanıb. Sorğu nəticələrində demokratların böyük hissəsinin Trampı dəstəkləmədiyi qeyd olunub.
//Nəzər.Media
